Braziliya futbol tarixinin ən böyük transferi reallaşdı
“Botafoqo” Braziliya futbol tarixinin ən böyük transferini həyata keçirib.
Aut.az xəbər verir ki, klub “Betis”dən 23 yaşlı hücumçu Luis Enrikenin transferini açıqlayıb. İnsayder Fabritsio Romanonun sözlərinə görə, transfer məbləği 20 milyon avro təşkil edib – bu, Braziliya liqası üçün rekord alışdır.
Futbolçu “Botafoqo” ilə 2028-ci il dekabrın 31-dək müqavilə imzalayıb.
Bu mövsüm Luis Enrike La Liqada 14 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Aut.az
