Dünya futbolu

Rusiya klubu “Qalatasaray”ın rəqibinin hücumçusunu istəyir, amma…

İsveçrə “Yanq Boyz”un hücumçusu Meşak Eliya Rusiyanın “Krasnodar” klubuna keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə 4-4-2.ch məlumat yayıb.

Mənbənin məlumatına görə, “buğalar” artıq 27 yaşlı konqolu forvardla şəxsi müqaviləni razılaşdırıb. “Krasnodar” Eliyanın transferi üçün 8 milyon avro və bonuslar təklif edib. “Yanq Boyz” rəhbərliyi Rusiya klubları ilə iş görməyəcəyinə söz versə də, futbolçunu satmağa meyllidir.

Bu mövsüm Meşak Elia “Yanq Boyz”da 7 oyun keçirib və qol vurmayıb. O, Konqo Demokratik Respublikası millisində 46 oyun keçirib və 9 qol vurub.

Qeyd edək ki, “Yanq Boyz” ÇL-in pley-off mərhələsində “Qalatasaray”a rəqibdir. Tərəflər arasında İsveçrədə keçirilən ilk görüşdə meydan sahibləri qalib gəlib – 3:2.

Aut.az