“Şaxtyor” “Tottenhem”lə qarşılaşacaq
Ukraynanın “Şaxtyor” klubu ilə İngiltərənin “Tottenhem” komandaları arasında yoldaşlıq matçı keçiriləcək.
Aut.az xəbər verir ki, qarşılaşma avqustun 6-da reallaşacaq. Matçın məqsədi Ukraynada müharibədən əziyyət çəkən uşaqlara yardım göstərilməsidir.
Oyundan əldə olunan gəlirlə yanaşı, “Tottenhem” klubu da əlavə maddi yardım göstərəcək.
