Dünya futbolu

Azərbaycan millisinin DÇ-2026-dakı sonuncu rəqibi müəyyənləşir

Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri növbəti dəfə üz-üzə gələcəklər.

1/4 finalın Fransa – Xorvatiya matçı Azərbaycan millisinin azarkeşləri üçün də maraqlıdır. Çünki bu komandalar hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu – 4-cü komandası olacaq.

Xorvatiya millisi öz meydanında keçirilən görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edə bilib ki, bu da cavab matçından əvvəl onlarda müəyyən üstünlük yaradıb.

 

23 mart

UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu

23:45 Fransa – Xorvatiya
İlk oyun (0:2

23:45 Almaniya – İtaliya
İlk oyun 2:1

23:45 Portuqaliya – Danimarka
İlk oyun 0:1

23:45 İspaniya – Niderland
İlk oyun 2:2