ŞOK İDDİA: Neymar yetirməsi olduğu klubu alır
“Əl-Hilal”ın futbolçusu Neymar yetirməsi olduğu “Santos” klubunu ala bilər.
Aut.az xəbər verir ki, bu barədə Rusiyanın “Torpedo” klubunun idman direktoru Ari məlumat verib.
“Bildiyim qədər, Neymar Santosu almaq istəyir. Orada karyerasına başlayıb. Guya o, oyunçu, prezident və iş adamı olacaq. Atasının kluba bunu təklif etdiyini bilirəm”, – deyə o, Rusiya mətbuatına bildirib.
Qeyd edək ki, Neymarın qış transfer pəncərəsində “Əl-Hilal”la müqaviləsinə xitam verərək, “Santos”a keçəcəyi iddia edilir.
Aut.az
