Millinin sabiq üzvü oyun vaxtı öldü: Qol vurduqdan sonra…
Serbiya millisinin sabiq futbolçusu Deyan Milovanoviç veteranlar oyunu zamanı dünyasını dəyişib.
Aut.az xəbər verir ki, 41 yaşlı idmançı “Srvena Zvezda” veteranlarının heyətində meydana çıxıb, lakin oyun zamanı ürəktutması keçirib. Bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Milovanoviç ikiqat infarkt keçirib. O, qolu vurduqdan bir neçə dəqiqə sonra meydanda huşunu itirib. Hadisə yerinə dərhal çatan təcili tibbi yardım briqadası futbolçunu xilas edə bilməyib.
Futbolçu karyerası ərzində Milovanoviç Serbiyanın “Srvena Zvezda” və “Voydovaç”, Fransanın “Lans”, Yunanıstanın isə “Panionios” klublarında çıxış edib. O, Serbiya millisinin heyətində 2 oyun keçirib. 2006-cı ildə isə ölkə çempionatının ən yaxşı futbolçusu seçilib.
Aut.az
