Dünya futbolu

Ərəblər “Liverpul”un əfsanəsinə rəhm etmədilər: Bir məğlubiyyətə görə qovuldu

Səudiyyə Ərəbistanının ikinci divizionun çıxış edən “Əl-Qadsia” klubu baş məşqçisi Robbi Fauleri baş məşqçi postundan uzaqlaşdırıb.

Aut.az xəbər verir ki, “Liverpul”un əfsanəvi futbolçusunun qovulmasına səbəb cəmi bir məğlubiyyət olub. İyul ayından bu postda olan Faulerin rəhbərlik etdiyi komandanın ölkə kubokunun 1/16 final mərhələsində elita təmsilçisi “Əl-Taavon”a uduzması rəhbərliyin belə qərar verməsinə səbəb olub.

Maraqlıdır ki, buna qədər keçirilən 8 oyunda “Əl-Qədsia” 6 qələbə qazanıb və 2 dəfə heç-heçə edib. 

Klub artıq Robbiyə əvəzləyici tapıb: “Marsel”, “Sevilya” və “Xetafe” kimi klublardakı  ilə işi ilə tanınan 60 yaşlı ispaniyalı Mişel Qonzales baş məşqçi təyin edilib.