İtaliya

“Qalatasaray” qumarbaz futbolçusunun məhkəməsində nələr yaşanıb?

“Aston Villa”nın “Qalatasaray”dan icarəyə götürdüyü yarımmüdafiəçi Nikolo Zaniolo ilə bağlı bu gün məhkəmə prosesi keçirilib.

Aut.az xəbər verir ki, futbolçu Turin prokurorluğuna gəlib və məhkəmədən sonra heç bir şərh vermədən Ədliyyə Nazirliyinin binasını tərk edib.

Vəkilləri bildiriblər ki, Zaniolo bütün sualları cavablandırıb, mövqeyini izah edib və prokurora etiraz etməyib. Nikolo qeyri-qanuni saytlarda vaxtaşırı kart oyunları oynadığını, lakin mərc etmədiyini və buna dair sübutların olmadığını bildirib.

Bundan əvvəl İtaliya Futbol Federasiyası “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini 10, “Yuventus”un üzvü Nikolo Faqiolini isə 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.