Futbolçu oyun vaxtı yaddaşını itirdi
“Lecce”nin baş məşqçisi Eysebio Di Françesko A Seriyasında “Milan”a qarşı keçirilən (0:2) oyunda fasilədə əvəzləməyə məcbur qaldığı 17 yaşlı yarımmüdafiəçi Françesko Kamarda ilə bağlı vəziyyəti şərh edib.
Aut.az xəbər verir ki, o, futbolçusunun yaddaş pozğunluğu yaşadığını bildirib:
“Kamarda az əvvəl meydanda baş verənləri xatırlaya bilmirdi. Mən ondan künc zərbəsi zamanı necə hərəkət etdiyini soruşdum, amma heç nəyi yada sala bilmədi. Elə o an narahatlıq siqnalı verdik. Daha bir neçə şeyi də xatırlaya bilmədi. Mən dərhal onu əvəzlədim”ş
Futbolçu müayinələr üçün xəstəxanaya göndərilib.
Qeyd edək ki, Kamardanın transfer hüquqları “Milan”a məxsusdur. O, 2026-cı ilin yayına qədər “Lecce”də icarə əsasında çıxış edir.
