İtaliya

“İnter”dən hiyləgər addım: 3 illik müqavilə və…

“Napoli”nin və Polşa millisinin yarımmüdafiəçisi Piotr Zielinski azad agent kimi “İnter”ə keçmək ərəfəsindədir.

Aut.az xəbər verir ki. bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “partenopiyalılar” 29 yaşlı yarımmüdafiəçi və onun nümayəndələri ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib. Milan təmsilçisi vəziyyətdən istifadə edərək, Zielinskiyə mövsüm başına 4,5 milyon avro maaşla üç illik müqavilə təklif edib. Qeyd edilir ki, “Napoli” hələ də yaxşılaşdırılmış şərtlərlə futbolçunun marağını cəlb etməklə vəziyyəti düzəldə bilər.

Zielinski 7 ildir “Napoli”də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun neapollularla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.