İtaliya

Fabreqas dünya çempionunun “saqqızını oğurladı”

Fransalı mərkəz müdafiəçisi Rafael Varan növbəti mövsüm A Seriyasında debüt edən “Komo” klubuna keçməyə razılaşıb.

Aut.az xəbər verir ki,nNüfuzlu insayder Fabrizio Romanonun sözlərinə görə, fransalı mərkəz müdafiəçisi tezliklə müqavilənin bütün detallarını razılaşdıracaq və tibbi müayinədən keçəcək. Bundan sonra onun transferi rəsmən elan olunacaq.

Müdafiəçinin keçidində “Komo”nun məşqçisi olan keçmiş ulduz futbolçu Sesk Fabreqasın ciddi təsiri olub.

Qeyd edək ki, 2023/24 mövsümündə Rafael Varan “Mançester Yunayted”in heyətində 32 oyun keçirib, 1 qol vurub. “Transfermarkt” portalına görə 2018-ci ilim dünya çempionunun dəyərini 20 milyon avrodur.

Aut.az