MLS-də yenilik: Avropa çempionatlarına bənzəmək üçün…
MLS Avropanın aparıcı çempionatlarına daha çox bənzəmək üçün yenilənmə prosesini davam etdirir.
Aut.az xəbər verir ki, liqanın prezidenti Don Qarber mühüm dəyişiklik elan edib. İndiyədək keçirilən və “Rivalry Week” kimi tanınan “derbi həftəsi” ləğv olunacaq. Bu həftə ərzində adətən eyni şəhər və ya regionun komandaları, xüsusilə Los Anceles və Nyu York təmsilçiləri üz-üzə gəlirdi.
Bunun əvəzində “Saturday Showdown” (Şənbə şousu) adlı yeni format tətbiq olunacaq. Bu, şənbə günləri keçiriləcək xüsusi matçlar blokunu əhatə edəcək və liqanın tamaşa cəlbediciliyini artırmağa yönələcək.
Bu dəyişikliklər carı ildən qüvvəyə minəcək. ABŞ-da tamaşaçı marağını artırmağa yönəlmiş yeniliklərin tez bir zamanda tətbiq olunması ənənəvi yanaşma hesab olunur.
Xatırladaq ki, MLS 1993-cü ilin dekabrında təsis olunub.
Aut.az
