Dünya futbolu

Kərim vurur, “Əl-İttihad” qazanır – VIDEO

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Ərəb Çempionlar Kubokunun qrup mərhələsinin son turunda İraqın “Əl-Şorta” klubunu məğlub edib (2:1).

Görüşün 84-cü dəqiqəsində vurulan qələbə qolunun müəllifi penaltini dəqiq yerinə yetirən fransalı hücumçu Kərim Benzema olub.

Komandaya yeni gələn digər fransalı N’Qolo Kante ehtiyat oyunçular skamyasında qalıb.