Kaşukun qazandırdığı qələbədən narazı qalıb
Kiyev “Dinamo”sunun sabiq hücumçusu, hazırda futbol mütəxəssisi olan Viktor Leonenko 21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının Avro-2023-ün start mərhələsində Xorvatiyadan olan həmyaşıdları üzərində qazandığı qələbəni (2:0) şərh edib.
Aut.az xəbər verir ki, qələbəyə baxmayaraq, komandanın oyunu Leonenkonu razı salmayıb:
“Bu həqiqətən U-21-dir? Düşündüm ki, bu mənim veteran komandamdır, yalnız məndən daha sürətli ötürmə edə bilirdilər. Sadəcə, ilk yarıya baxmağa səbrim çatdı. Sanki meydanda piyada gəzirdilər. Kaşuk fərdi bacarığı hesabına qol vurdu.
İndi başa düşürəm ki, niyə bizdə heç kim inkişaf etmir. Meydanda qərar vermək üçün üç saatınız olsa, nə öyrənəcəksiniz?. Bu müddət ərzində onlar artıq 100 kilometr qaçmalı idilər.
Niyə ikinci hissəyə baxmadım? Burada məsələ kiminsə qalib olub-olmamasında deyil, necə oynamasındadır. Artıq bizim gənclər arasında dünya çempionlarımız var. Onlar haradadırlar?! Bu barədə düşünmək lazımdır. Mən bu uşaqların inkişaf etməsini istəyirəm. Amma daha da böyüməsələr, bu qələbələrin heç bir mənası olmayacaq”.
Aut.az
