“Transfer bombası”nı partladırlar
“Nyukasl” yayın transfer bombasını partlatmağa hazırlaşır.
Aut.az xəbər verir ki, “sağsağanlar” “Milan”ın yarımmüdafiəçisi Sandro Tonali heyətə qatmağa yaxındır. Artıq italiyalı futbolçunun özü ilə müqavilənin şərtlərini razılaşdırmaq mümkün olub.
23 yaşlı yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin müddəti 2029-cu ilə qədər olacaq. Futbolçunun “ağ-qaralar”dakı illik məvacibi isə 8 milyon avro təşkil edəcək. Həmçinin, sözləşmədə 2 milyon avro dəyərində olan bonus maddələri də var.
Bu keçidə görə “Nyukasl” “Milan”a 70 milyon avro ödəyəcək.

