Belçikada qərar tutdu
Danimarka millisinin qapıçısı Kasper Şmeyxel “Anderlext”ə keçməyə hazırlaşır.
Aut.az xəbər verir ki, “Lester”in sabiq qapıçısı 2022/23 mövsümündə oynadığı “Nitsa” ilə müqaviləsinə xitam verildikdən sonra azad agent statusundadır.
İddia olunur ki, Şmeyxel “Anderlext”lə bir illik müqavilə bağlayacaq və “Tuluza”dan Belçika klubuna keçən Maksim Dyupe ilə rəqabət aparacaq.
Aut.az
