Seneqal yığmasının düşərgəsində gərginlik: Nədən narazıdırlar?
Seneqal milli komandası 2026-cı il Dünya Kuboku zamanı ciddi təşkilati və maliyyə problemləri ilə üzləşir.
Aut.az xəbər verir ki, bu barədə “Sport News Africa” məlumat yayıb.
Mənbənin məlumatına görə, oyunçular hələ də Dünya Kubokuna vəsiqə qazandıqları və Afrika Millətlər Kubokunda çıxış etdikləri üçün bonuslarını almayıblar. Bundan əlavə, oyunçular ABŞ-dakı yaşayışlarından narazıdırlar. Otelin milli komandanın standartlarına cavab vermədiyi və yemək keyfiyyətinin şübhəli olduğu bildirilir. Nəticədə, bəzi oyunçular yemək sifariş verməli olurlar.
Həmçinin milli komandanın baş məşqçisi Pap Tiaunun yeni müqavilə bağlamadan işini davam etdirdiyi bildirilib. Onun əvvəlki müqaviləsinin müddəti bitib və maaşı təxminən beş aydır ki, ödənilmir.
Aut.az
