Mərziyə Cəfəri İranın dövlət telekanalını ittiham etdi: Belə olmasaydı…
İranın qadınlardan ibarət milli komandasının baş məşqçisi Mərziyə Cəfəri hesab edir ki, İran dövlət televiziyasının yaratdığı gərginlik bəzi oyunçuların Asiya Kubokundan sonra Avstraliyada qalmaq qərarına təsir edib.
Futbolçular Cənubi Koreyaya qarşı oyundan əvvəl dövlət himnini ifa etməmək qərarına gəldikdən sonra televiziya aparıcısı Məhəmməd Rza Şahbazi deyib: “Müharibə zamanı xainlərlə daha sərt davranılmalıdır”.
Aut.az xəbər verir ki, İran Futbol Federasiyası Cəfərinin adından bəyanat yayıb, lakin sonradan bu bəyanat silindi: “Qızlarımız ilk matçda yaranan çətin atmosferdən əziyyət çəkdilər… Lakin evdə bu atmosferi anlamayan və bu diyarın qızlarına qarşı üsyana çağıranların daha böyük bir səhvi oldu. Federasiyadan bu məsələni araşdırmasını xahiş etdim, çünki bu, oyunçularımıza psixoloji təsir göstərdi və nəticələrini gördük. Əminəm ki, belə bir atmosfer yaradılmasaydı, oyunçularımızdan heç biri Avstraliyada qalmazdı”.
Məşqçi həmçinin Avstraliya hüquq-mühafizə orqanlarının təzyiqindən də danışıb.
“Avstraliya polisi oyunçuları bir neçə dəfə çağırıb və onları qalmağa inandırmaq üçün təkbətək söhbətlər aparıb və buna yaranan siyasi atmosfer təsir edib.
Xoşbəxtlikdən, komanda üzvlərinin əksəriyyəti imtina etdi. Hətta əvvəlcə müsbət cavab verən Mohaddeseh Zolfi belə tezliklə fikrini dəyişdi və Allahın köməyi ilə komanda ilə birlikdə İrana qayıdacaq. Qolnuş Xosravi və Əfsanə Çatrenur haqqında yayılan şayiələr də tamamilə yalandır – onlar hazırda Malayziyada bizimlədirlər və tezliklə İrana uçacağıq”, – deyə Cəfəri əlavə edib.
Aut.az
