Tarixin ən varlı boksçuları
Britaniyanın məşhur “GiveMeSport” portalı tarixin ən zəngin boksçularının reytinqini dərc edib.
Aut.az xəbər verir ki, reytinqdə birinci yeri əfsanəvi amerikalı boksçu Floyd Meyvezer tutub. Onun ümumi qazancı 400 milyon dollar təşkil edir. Əfsanəvi ağır çəkili Corc Forman 100 milyon az qazanıb. Siyahının ilk 3-lüyünü sərvəti 250 milyonla qiymətləndirilən meksikalı boks ulduzu Kanelo Alveres qapayıb.
Siyahıda ukraynalı boksçu Aleksandr Usik də var. Tayson Fyuri ilə revanş oyunundan sonra Usikin ümumi qazancı 165 milyon dollar təşkil edib. Aleksandr Tayson Fyurini (146 milyon) qabaqlayaraq altıncı yerdədir. İlk “onluq”da Lennoks Luis (120 milyon), Şuqarrey Leonard (120) və Ceyk Pol (100) da var.
Aut.az
