Boks

Taysona müraciət etdi: Bu döyüşü qəbul et, bizi əziyyətdən qurtar

Keçmiş dünya çempionu Entoni Coşuanı təmsil edən promouter Eddi Hirin Tayson Fyuriyə müraicət edib.

Aut.az xəbər verir ki, Eddi Taysonu Coşua ilə döyüşü qəbul etməyə çağırıb.

Onun sözlərini “Sky Sports” sitat gətirib.

Karyerasını bitirən Tayson bir neçə gün əvvəl paylaşdığı video ilə yaxşı formada olması ilə təəccübləndirmişdi.

“Məncə, Tayson Fyuri bizə bir az sataşır. Yəni biz onu ancaq “İnstaqram”da görürük. Bu gün də mətbuat konfransından çıxdım, İnstaqrama girdim, 12 raund boksla mə.ğul olub.

O, niyə belə edir? Hisslərimizlə qəsdən oynayırsan, yoxsa geri qayıdırsan? Sadəcə bizə bildirin. Bizi əziyyətdən qurtar.

Coşuanın dirsəyindən kiçik əməliyyat lazımdır. Sentyabrdan sonra qayıdacaq. Gəlin bunu edək.

Böyük döyüşlərdən danışdıqda, bu döyüş təkcə Britaniya boksunda deyil, dünya boksunda ən böyük döyüşdür. Və sadəcə vaxtın gəldiyini hiss edirəm. Bu, məhz həmin məqamdır.

Biz Tayson Fyuriyə güvənirik. Döyüşməyə hazırıq, amma o, özünü rahat hiss etməlidir. O, buna hazır olmalıdır. O, rəqabətədavamlıdır və mən onun Coşua ilə rəqs etmək istədiyini bilirəm. Beləliklə, çəkmələrinizin tozunu təmizləyin və gəlin bunu edək. Düzünü desəm, sadəcə bir telefon zəngi tələb edir”, – Hirin deyib.

Xatırladaq ki, Usikə  ikinci məğlubiyyətindən sonra Tayson peşəkar boksdan getdiyini açıqlamışdı.

Aut.az