Boks

Ən yaxşı olmaq istəmir, şoudan əvvəl vaxt keçirir

Britaniyalı keçmiş dünya çempionu, indi isə analitik və şərhçi kimi çalışan Conni Nelson həmyerlisi Entoni Coşua (26-3, 23 KO) və isveçli Otto Uollin (26-1, 14 KO) arasında keçiriləcək döyüşü haqda danışıb.

“Mən səhv edə bilərəm, amma Coşua başqa məşqçi seçdi və İngiltərədə qaldı. Bu, onun çətinliklərdən qaçdığını göstərir. Bu mərhələdə bunu edirsə, deməli, onun ən yaxşı olmaq arzusu yoxdur. O, sadəcə şoudan əvvəl vaxt keçirir.

Qarşısındakı insanı kiçik hesab edərək eyni səhvi edir. O, bunu Ruisə qarşı etdi. Yenidən səhv etmək lazım deyil. Üçqat dünya çempionu olmaq istəyən insan üçün bu, pis əlamətdir. O, gəlirini hesablayır və belədavam etsə, bir ildən sonra təqaüdə çıxarsa, təəccüblənmərəm”, – Nelson “Boxing King Media” YouTube kanalına müsahibəsində deyib.

Aut.az