Təsdiqləndi: Amrabat Türkiyə nəhəngində
“Fiorentina”nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun verdiyi məlumata görə, 28 yaşlı futbolçu Joze Mourinyonun çalışdırdığı “Fənərbağça”ya keçir.
Bu, sonrakı satınalma öhdəliyi ilə 2024/25 mövsümü üçün icarə olacaq. “Fənərbaxça” icarəyə görə 2 milyon avro ödəyəcək, futbolçunu 13 milyon avroya alacaq, “Fiorentina” isə bonus olaraq daha 3 milyon avroya ümid edə biləcək. Amrabat türk klubu ilə 4 illik müqavilə imzalayacaq.
Ötən mövsüm Amrabat “Mançester Yunayted”də icarə əsasında çıxış edib. “Qırmızı şeytanlar” futbolçunu almayıb.
Aut.az
