Frenki de Yonqun “Barsa”dakı gələcəyi: Özü açıqladı
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundakı gələcəyindən danışıb.
Aut.az xəbər verir ki, onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
“Düşünürəm ki, “Barsa” ilə müqaviləmi yeniləyəcəm. 100% əmin ola bilmərəm, amma hər şey yaxşı olarsa, bu baş verəcək. Bu yay müqaviləmi yeniləmək niyyətindəyəm, amma nə olacağını görəcəyik. Bu, danışıqlar məsələsidir və bunun nə vaxt olacağını dəqiq deyə bilmərik. Əsas odur ki, hər iki tərəf bunu istəyir. Məncə, biz razılaşarıq”, – De Yonq bildirib.
Niderlandlı futbolçu 2019-cu ildən “Barsa”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 259 oyun keçirib, 19 qol vurub və 23 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
