Peres gedir? – “Real”dan rəsmi açıqlama
“Real”ın prezidenti FlorentinoPeresin postunu tərk edəcəyi ilə bağlı məlumat yayılıb.
Aut.az xəbər verir ki, “kral klubu” bu məsələyə münasibət bildirib.
“Bəzi sosial mediada prezident Florentino Peresin klub prezidenti vəzifəsindən getməyi planlaşdırdığına dair şayiələr yayılıb. “Real” bu şayiələrin açıq-aşkar yalan olduğunu və reallıqla heç bir əlaqəsi olmadığını bildirir. Bu şayiələr bəzi maraqlar naminə yayılır”, – Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti olub. 2006-cı ildə funksioner komandanın uğursuz çıxışlarından sonra vəzifəsini tərk etmək qərarına gəlib. 2009-cu ildə Peres yenidən “Kral klubu”nun prezidenti seçilib.
Aut.az
