Buffon İtaliya yığmasına qayıtdı – Rəsmi münasibət
Karyerasını bitirən əfsanəvi qapıçı Canluici Buffon İtaliya yığmasına qayıdıb.
Aut.az xəbər verir ki, o, İtaliya millisinin nümayəndə heyətinin rəhbəri olacaq. Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
“İtaliya üçün əla gündür, çünki Buffon evə qayıdır. O, futbolumuzun simvolu və xüsusi şəxsiyyətdir. Onun ehtirası, xarizması və peşəkarlığı bu qeyri-adi sevgi hekayəsində yeni maraqlı səhifənin yazılmasında həlledici olacaq. Mən şəxsən çox razıyam, çünki onu yenidən milliyə qaytarmaq, layihəmizə cəlb etmək bir müddətdir ki, mənim məqsədim olub.
Onda yüksək səviyyəli menecer keyfiyyətlərini görürəm və İtaliya Federasiyasında o, futbol həyatının ikinci yarısına başlaya bilər, – deyə federasiyanın saytında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanın sözlərindən sitat gətirilib.
Aut.az
