Qeyri-adi qol sevincinin səbəbi: Həyat yoldaşı açıqladı
“İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokutso, futbolçunun Liqa Kubokunun 1/8 final mərhələsində “Orlando Siti” ilə oyunda (3:1) qol vurduqdan sonra onu qeyri-adi tərzdə qeyd etməsinin səbəbini açıqlayıb.
Qoldan sonra argentinalı hücumçu qollarını sinəsinin üstündə çarpazlayıb.
Rokutso sosial şəbəkədə Messinin bayram edərkən çəkdirdiyi fotonu yerləşdirib və “Asqarddan Vakandaya” yazıb.
Bu, 2020-ci ilin avqustunda vəfat edən mərhum aktyor Çedvik Bouzmanın rol aldığı Marvel superqəhrəman film seriyası “Qara Pantera”ya işarədir. Filmlərin hər iki hissəsində baş qəhrəmanlar Messi ilə eyni hərəkətləri yerinə yetirirlər.
Messi “Orlando” ilə qarşılaşmada dubl edib. Növbəti matçda “İnter Mayami” “Dallas”la qarşılaşacaq. Qarşılaşma avqustun 7-də baş tutacaq.

Aut.az
