Dünya futbolu

“Qızıl buts” uğrunda mübarizə: Favorit kimlərdir?

2025/2026-cı illər mövsümündə “Qızıl buts” mükafatına namizədlər siyahısına “Bavariya”nın hücumçusu Harri Keyn və “Mançester Siti”nin hücumçusu Erlinq Haland başçılıq edir.

Aut.az xəbər verir ki, oyunçular milli çempionatlarında hərəyə 19 qol vuraraq 38 xal qazanıblar. “Real Madrid”in hücumçusu Kilian Mbappe isə 18 qolla onlardan iki xal geridədir.

Hesablama sistemi belədir: oyunçunun liqada vurduğu ümumi qol sayı müvafiq liqa əmsalına vurulur. İlk beş milli liqada vurulan qol iki, 6-cı yerdən 21-ci yerə qədər olan liqalarda vurulan qollar 1,5, qalan liqalarda vurulan qollar isə bir xala bərabərdir.

Kilian Mbappe 2024/25 mövsümündə “Qızıl buts” mükafatını qazanıb. 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qol vurub.

Aut.az