Millinin sabiq hücumçusu Almaniyada het-trik etdi
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, Berlin təmsilçisi IX turda “Kamnitser”lə qarşılaşıb. Görüş “Dinamo”nun qələbəsiylə başa çatıb – 4:0.
Rüfət bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 80-ci dəqiqədə əvəzlənib. Dadaşov oyunda üç qolla yadda qalıb.
“Dinamo” 9 turdan sonra 18 xalla 3-cü sıradadır.
