“Dinamo”nun futbolçusu Türkiyə klubunda
“Dinamo Moskva”nın yarımmüdafiəçisi Denis Makarov “Kayserispor”la müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə onun nümayəndəsi Aleksey Babir “Championat”a bildirib. Müqavilə 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Onun “Dinamo Moskva” ilə müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Makarovun yeni komandasında debütü fevralın 1-də “Qalatasaray”la səfər matçında baş tuta bilər. Denis 2021-ci ilin yayından bəri “Dinamo”da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 12 oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 1,8 milyon avrodur.
Aut.az
