Dünya futbolu

Azarkeşlərlə dava edən Nunesi hansı cəza gözləyir?

İyulun 11-də Uruqvay millisi Amerika Kubokunun yarımfinalında Kolumbiyaya 0:1 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, oyundan sonra stadionun tribunasında uruqvaylı futbolçularla Kolumbiya azarkeşləri arasında dava düşüb. Hadisənin ən diqqət çəkən simalarından biri də “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunes olub. Hücumçu kolumbiyalı azarkeşlərə hücum edib, onlara yumruq atıb. Onun özü də epizodların birində başından zərbə alıb.

“Daily Mail” bildirir ki, Nunes davada iştirak etdiyi üçün uzun müddət diskvalifikasiya oluna bilər.

Aut.az