Ərəblərin səxavətli təklifinə niyə “yox” dediyinin səbəbini açıqladı
“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanının Pro Liqasına keçməkdən niyə imtina etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubunun argentinalıya 75 milyon avro dəyərində üç illik müqavilə təklif etdiyi bildirilirdi.
“Hər kəs pula baxır, amma təhlükə çox idi: ailəm, şəhərim, komandam və Argentina millisinə qayıtmaq istəyim. 30 yaşım var və özümü yaxşı hiss edirəm. Zədələrimə görə çox tənqid olundum, amma hər gün çox çalışıram ki, əlimdən gələni edim.
Təbii ki, belə rəqəmləri görəndə… Deməyəcəyəm ki, bu barədə düşünməmişəm, amma müsbət və mənfi cəhətləri ölçüb-biçmişəm. Mənim agentim üçün fərqi yoxdur. Onun çoxlu pul qazanacağı doğru deyil. Onun üçün ən başlıcası, razı qalmağımdır. Onunla uzun müddətdir əməkdaşlıq edirik.
Onlarla birbaşa əlaqə saxlamadığım üçün səudiyyəlilərin necə reaksiya verdiyini bilmirəm”, – deyə “Goal” Dibalanın sözlərini sitat gətirib.
Aut.az
