Tarixə düşəcək: Bir oyunda iki komandada çıxış edəcək
Amerikalı beysbolçu Denni Censen MLB tarixinə düşəcək.
Aut.az xəbər verir ki, “Boston Red Sox” klubunun oyunçusu eyni MLB oyununda iki komanda üçün çıxış edən ilk şəxs olacaq.
İyun ayında “Toronto Blue Jays” ilə “Boston”un oyunu yağış səbəbindən yarımçıq qalmışdı. İkinci turda dayandırılan qarşılaşma avqustun 26-da başa çatacaq. Həmin vaxt Censen “Toronto”nun oyunçusu idi.
Aut.az
