Olimpiya çempionu final yarışına saatlar qalmış xəstəxanaya yerləşdirildi
Hündürlüyə tullanma üzrə Tokio Olimpiya Oyunlarının çempionu Canmarko Tamberi Paris-2024-də keçirilən yarışın finalına saatlar qalmış xəstəxanaya yerləşdirilib.
Aut.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Çiara sosial şəbəkələrdə məlumat verib.
“Mənə çox adam yazır, amma hamıya cavab verə bilmirəm. Vəziyyət belədir – xəstəxanadayıq”, – Çiara Tamberi yazıb.
Parisdə keçirilən Olimpiya Oyunlarında hündürlüyə tullanma yarışının finalı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, 6 gün əvvəl Tamberi artıq Parisə uçması ərəfəsində böyrəklərində daş olması şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. İtaliyalı idmançı dünyada mövsümün ən yaxşı nəticəsinə sahibdir – 2,37 metr.
Aut.az
