Digər

Rusları silahla Ermənistana buraxmayıblar

Rusiyanın biatlon üzrə yeniyetmələrdən ibarət yığma komandasının Ermənistanda planlaşdırılan təlim-məşq toplanışının ləğv edilməsinin səbəbi bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə yığmanın böyük məşqçisi Vladimir Braqin məlumat verib.

O bildirib ki, komandanın iyul ayında Tsaqadzorda planlaşdırılan təlim-məşq toplanışı Ermənistan tərəfinin silah idxalına icazə vermədiyi üçün ləğv edilib.

“Ermənistan tərəfinin silah idxalına icazə vermədiyi üçün Tsaqadzorda iyulda keçirilməli olan təlim-məşq toplanışı ləğv edildi, ona görə də biz iyul təlim-məşq toplanışını Tümendə və avqust təlim-məşq toplanışını Soçidə keçirdik”, – deyə Braqin bildirib .

Sentyabrın 24-dən 29-dək Krasnoyarskda yeniyetmələr arasında biatlon üzrə Rusiya çempionatı keçiriləcək.

Aut.az