Yarışlardan uzaqlaşdırıldı: Səbəb nədir?
İspaniyalı velosipedçi Oyer Laskano, “Red Bull Bora” komandası üzvü, dopinq şübhəsi səbəbindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
Aut.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yaydığı məlumatda bildirilir ki, Laskanonun 2022–2024-cü illərdə biopasport göstəriciləri şübhəli hesab edilib, həmin dövrdə o, hələ Movistar komandasında çıxış edirdi.
2025-ci ildən 25 yaşlı ispan “Red Bull Bora” üçün yarışırdı, lakin sonuncu dəfə aprelin 13-də Paris–Roubais yarışında 117-ci yeri tutmuşdu. Sonrakı yarışlarda Laskanonun iştirak etməməsi suallar doğursa da, onun sağlamlığı ilə bağlı heç bir məlumat verilməmişdi.
Laskano yarışlardan kənarlaşdırıldıqdan qısa müddət sonra “Red Bull Bora” onunla müqaviləni vaxtından əvvəl dayandırdığını açıqlayıb.
Aut.az
