Digər

Nüfuzlu yarışdan imtina etmək istəyirlər: Onlar iştirak edəcəksə…

Kanar adaları 2026-cı ildə İspaniyanın təşkil etdiyi nüfuzlu Vuelta turnirinin mərhələlərinə ev sahibliyi etməkdən imtina edə bilər.

Aut.az xəbər verir ki, buna səbəb yarışda İsrailin “Israel-Premier Tech” komandasının iştirak ehtimalıdır. Bu barədə Qran-Kanariya Kabildo rəhbəri Antonio Morales açıqlama verib.

“Tam əminliklə deməliyəm ki, əgər İsrail iştirak edəcəksə, onda mərhələlər baş tutmayacaq. Qran-Kanariya soyqırımı idman və ya başqa yollarla təmizə çıxarmağa hazır deyil. Buna görə də yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyini görəcəyik, amma İsrailin iştirakı ilə Qran-Kanariya “Vueltanı” qəbul etməyəcək”.

Xatırladaq ki, 2025-ci il “Vuelta”sında bir neçə mərhələ fələstin tərəfdarlarının etirazları səbəbindən yarımçıq dayandırılmışdı. Həmin vaxt İsrailin “Israel-Premier Tech” komandası adını qısaldaraq IPT formasında çıxış etmiş, həmçinin velosipedçilərin geyimlərində ölkənin adı silinmişdi.

Aut.az