Çempionlar Liqası

UEFA həqiqətən bir sıçrayışa nail olub – Əfsanə nəyi deyir?

“Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge UEFA Çempionlar Liqasının qrup mərhələsinin əvəzinə tətbiq edilən ümumi mərhələ formatını yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Yeni Çempionlar Liqası formatı açıq-aşkar irəliləyişdir. Köhnə qrup mərhələsində çox vaxt hər şey artıq 4-cü turdan sonra həll olunurdu. “Bavariya” müntəzəm olaraq mərhələni adlayırdı və bir-iki mənasız oyun qalırdı.

Mən ilk növbədə futbol azarkeşiyəm. Dörd top-komanda – “Bavariya”, “Real”, “Mançester Siti” və PSJ ötən mövsüm pley-off mərhələsindən keçməli oldu. Bu fakt mənim üçün yeni formatın nə qədər maraqlı olduğunun sübutudur.

Böyük klublar başa düşdülər ki, ilk səkkizliyə düşmək üçün startdan etibarən maksimum güclə oynamaq lazımdır, çünki bunu hamı istəyir. Bir il əvvəl çox şey yenilik idi, bəzi top-klublar bir-iki oyuna daha laqeyd yanaşırdılar. İndi isə mən aydın irəliləyiş gözləyirəm. Azarkeşlər üçün qrup mərhələsi daha emosional olub. Onlar daim telefonlarına baxırlar: “Bavariya” haradadır? “Real” haradadır? UEFA həqiqətən bir sıçrayışa nail olub”.

Aut.az