“Barselona” onları itirdi: Cavab oyununda olmayacaqlar
“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununa itkilərlə çıxacaq.
Aut.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçiləri Serxi Roberto və Andres Kristensenin hər biri Parisdə baş tutan ilk oyun ərzində sarı vərəqə alıb. Bununla onlar cəza limitinə çatıblar. Sözügedən futbolçular bu səbəbdən cavab matçını buraxmalı olacaqlar.
Qeyd edək ki, “Barselona” PSJ-ni 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü aprelin 16-da baş tutacaq.
