İngiltərə

Futbolçular bu geyimdə məşq etdi, əfsanə qəzəbləndi – FOTO

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz komandanın hazırkı futbolçularını məşqdə səylə çalışmadıqlarına görə tənqid edib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in sosial şəbəkələrində komandanın futbolçularının məşq prosesi zamanı çəkilmiş şəkilləri yayılıb. Şəkillərdən görünür ki, futbolçular papaqlı gödəkçələrlə məşq edirlər.

“Mən papaqların və əlcəklərin əleyhinə deyiləm, amma “kapşon”la normal məşq etmək mümkün deyil. Standartlar məşq sahəsindən başlayır. Sağ olun!” — Skoulz sosial şəbəkədə yazıb. 31 turdan sonra “Mançester Yunayted” Premyer Liqada 49 xalla altıncı pillədə qərarlaşıb.

Futbolçular bu geyimdə məşq etdi, əfsanə qəzəbləndi – FOTO

Aut.az