Münaqişə bitdi: Görüşdülər, razılaşdılar – FOTO
“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço baş məşqçi Erik ten Haqla aralarında olan münaqişəni müzakirə etmək üçün görüşüb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, bu görüş müsbət yekunlaşıb. Görüş zamanı onlar vəziyyəti aydınlaşdırıblar, fikir ayrılıqlarının altından “xətt çəkməyə” və davam etməyə razılaşıblar.
Sançonun məşqlərə qayıtdığı və “Mançester Yunayted”in mövsümöncəsi oyunları üçün hazır olduğu vurğulanır.
Xatırladaq ki, ötən mövsümün əvvəlində Ten Haq Sançonun məşqdə kifayət qədər səy göstərmədiyini demiş, bundan sonra futbolçu mütəxəssisin sözlərinin doğru olmadığını açıq şəkildə bildirmişdi. Nəticədə ten Haq hücumçunu əsas komandadan uzaqlaşdırdı. 2024-cü ilin qışından sonrakı dövrü Sanço icarə əsasında Dortmund “Borussiya”sına keçirdi.

Aut.az
