Almaniyaİngiltərə

“Bavariya” ona əvəzləyici tapdı – Londonda

“Bavariya” Benjamin Pavarın “İnter”ə satıla biləcəyi ehtimalını nəzərə alaraq fəal şəkildə yeni müdafiəçi axtarır.

Aut.az xəbər verir ki,  Almaniya çempionunun baş məşqçisi Tomas Tuxel ona əvəzləyici tapılana qədər futbolçunu buraxmaqdan imtina edir.

Tuxelə artıq bir neçə variant təklif olunub, lakin məşqçi onların heç birini qəbul etməyib. Tuxelin maraqlandığı ilk variant əvvəllər “Çelsi”də birlikdə işlədiyi Trevo Çalobahdır.

“Bavariya” oyunçunu mövsüm üçün icarəyə götürmək istəyir, “Çelsi” isə tam satın almaqda israr edir. Danışıqlar futbolçunun zədəsi səbəbindən çətinləşib. Daha əvvəl Trevo ilə “İnter” də  maraqlanırdı.