Digər

Azərbaycan EYOF-da 9 atletlə təmsil olunacaq

Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 9 atlet təmsil edəcək.

Aut.az xəbər verir ki, Festivalda Fərhad Quliyev, Həmid Nəbiyev, Əmir İsmayılov, Mələk Hüseynova, Mədinə Hüseynzadə, Safiya Kərimova, İsgəndər Əsgərov, Nihat Tağıyev və Toğrul Şahtaxtinski mübarizə aparacaqlar.

Yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.