Məşhur futbolçunu qaçırdılar: Bu qədər pul tələb edirlər
“Valensiya” və “Korintians” klublarının keçmiş futbolçusu Marselinyo Karioka Braziliyada konsert zamanı qaçırılıb.
Aut.az xəbər verir ki, bu barədə Braziliyanın SCCP nəşri keçmiş futbolçunun vəkilinin sözlərinə istinadən “X” (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, oğurluq dünən, dekabrın 17-də konsert zamanı baş verib. Karioka tədbirdə qadınla tanış olduqdan sonra qaçırılıb. Həmçinin bildirilir ki, hazırda cinayətkarlar Marselinyonun azadlığa buraxılması üçün təxminən 90 min Braziliya realı (təxminən 17 min avro) tələb ediblər.
Marselinyo Karioka 2010-cu ildə peşəkar karyerasını bitirib. O, “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama”, “Ayacco” kimi klublarda çıxış edib.
Karioka Braziliya millisinin heyətində də üç oyun keçirib və iki qol vurub.
Aut.az
