Digər

Qələbəsini qeyd edərkən xəstəxanalıq oldu – VİDEO

Amerikalı avtoidmançı Konor Ziliç “NASCAR Xfinity Series” yarışında qələbəsini qeyd edərkən körpücük sümüyünü zədələyib.

Aut.az xəbər verir ki, yarışlar avqustun 9-dan 10-na keçən gecə baş tutub. 19 yaşlı idmançı finişdən sonra avtomobilinin üzərinə çıxıb, ancaq ayağı sürüşərək yerə yıxılıb. O, xəstəxanaya aparılıb və onda körpücük sümüyü sınığı aşkarlanıb.

Daha sonra Ziliç sosial şəbəkələrində artıq xəstəxanadan buraxıldığını və sağalmağa başladığını yazıb. Onun sözlərinə görə, başqa heç bir xəsarət müəyyən edilməyib.

Amerikalı pilot “NASCAR Xfinity Series”də “JR Motorsports” komandası üçün çıxış edir.

Aut.az