Digər

Bu tarixdə qayıdacaq?

Yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorun meneceri Audi Attar müştərisinin oktaqona nə vaxt qayıdacağı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, əfsanəvi döyüşçünün gələn il iş başına qayıda biləcəyini ethimal edir:

“Əgər hər şey yalnız Makqreqordan asılı olsaydı, o, gələn şənbə günü döyüşəcəkdi. Biz indi Konorun oktaqona mümkün qədər tez qayıtması üçün bütün qaydalara və prosedurlara əməl edirik. Bu nə vaxt baş verəcək? İdeal seçim UFC 300-dür (red – turnir 13 aprel 2024-cü ildə baş tutacaq). Ən çox ehtimal olunan rəqib Maykl Çandlerdir.

Bildiyiniz kimi, onlar “The Ultimate Fighter”da bir yerdə yarışıblar. Buna görə də UFC rəhbərliyi və azarkeşləri bu xüsusi döyüşü gözləyirlər. Bəli, başqa adlar da var. Ancaq bu gündən etibarən UFC Çandler ilə maraqlanır. Sizin üçün başqa məlumatım yoxdur”.

Qeyd edək ki, Makqreqor sonuncu döyüşünü 2021-ci ilin iyulunda keçirib və Dastin Puaryeyə uduzub. Artıq ilk raundda irlandiyalı uğursuz şəkildə büdrəyib və ayağını sındırıb, bundan sonra mübarizəni davam etdirə bilməyib.