“Roma”dan ayrılmaq istəyir: Səbəb bəllidir
“Roma”nın ukraynalı hücumçusu Artyom Dovbik cari mövsümün sonunda klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, “Il Romanista”nın məlumatına görə, 27 yaşlı hücumçu Çempionlar Liqasında qüvvəsini sınamağı hədəfləyib. Əgər “Roma” cari mövsümün sonunda Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazana bilməsə, o zaman yayda ukraynalının klub dəyişməsi ehtimalı yüksək olacaq.
Artyom üçün mümkün namizədlər arasında İtaliyanın “Yuventus”, “Milan” və İngiltərənin “Çelsi” klubları var. Hücumçu ilə İspaniya La Liqasının top-klublarının maraqlanması da mümkündür.
Dovbik “Roma”ya 2024-cü ilin yayında “Jirona”dan 30,5 milyon avroya keçib. Ukraynalının Roma klubu ilə müqaviləsi 2028/29 mövsümünün sonuna kimidir.
Aut.az
