“İnter” ulduz futbolçusuna qiymət qoydu
“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “neradzurrilər” 26 yaşlı futbolçunu müəyyən məbləğ qarşılığında satmağa hazırdır. Klub rəhbərliyi Bastoninin transferindən 70 milyon avro gəlir əldə etməyi planlaşdırır.
İtaliya millisinin üzvünə maraq göstərən klublar arasında “Barselona”, “Liverpul” və “Çelsi”nin adı çəkilir.
Bastoni cari mövsümdə İtaliya A Seriyasında 24 oyunda iştirak edib. Müdafiəçi bu matçlarda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
