4 namizəd var: Dördü də het-trik edib
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına dörd namizədi açıqlayıb.
Aut.az xəbər verir ki, bunlar “Sportinq”in hücumçusu Viktor Qyökereş, “Liverpul”un cinah oyunçusu Luiz Dias, “Zalsburq”un hücumçusu Kərim Konate və “Seltik”in yarımmüdafiəçisi Nikolas Kühndür.
Qyökereş “Mançester Siti” ilə matçda (4:1), Diaz “Bayer”lə qarşılaşmada (4:0), Konate “Feyenoord”la oyunda, Kühn isə “Leyptsiq”lə (3:1) dueldə het-trik edib.
