Standarta uyğun deyil – UEFA “Komo”nun stadionuna icazə vermədi
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqası oyunları üçün “Komo”nun ev stadionu ilə bağlı qərarını açıqlayıb.
Aut.az xəbər verir ki, uğurlu mövsümdən sonra turnirə vəsiqə qazanan İtaliya klubu, lazımi infrastruktur tələblərinə cavab vermədiyi üçün oyunları “Cüzeppe Sinqalya” stadionunda keçirə bilməyəcək.
“Komo”nun stadionu cəmi 13.600 tamaşaçı tutur ki, bu da bu səviyyəli tədbirlər üçün kifayət deyil. Buna görə də klub Çempionlar Liqası oyunları üçün alternativ məkan tapmalı olacaq.
Medianın məlumatına görə, “Komo” ev oyunlarını 23 mindən çox azarkeş tutumuna malik “Sassuolo” stadionunda keçirəcək. Bu, komandaya azarkeşlər üçün lazımi rahatlığı təmin etməyə və UEFA tələblərinə cavab verməyə imkan verəcək.
2025/2026 mövsümünün sonunda Komo 71 xal toplayaraq Seriya A turnir cədvəlində dördüncü yeri tutdu və bu, onlara növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək hüququ verdi.
Aut.az
