DÇ-2030 bu iki şəhərdə keçiriləcək
2030-cu il Xokkey üzrə Dünya Çempionatı Helsinki və Riqada keçiriləcək.
Aut.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Konqresində qəbul edilib.
Yarış 17 may – 2 iyun tarixləri arasında keçiriləcək. Hər şəhər qrup mərhələsinin oyunlarına və dörddəbir finala ev sahibliyi edəcək. Helsinki yarımfinal, final və bürünc medal oyununu da qəbul edəcək.
Dünya çempionatı üç dəfə Riqada (2006, 2021, 2023), səkkiz dəfə isə Helsinkidə (1974, 1982, 1991, 1997, 2003, 2012, 2013, 2022) keçirilib.
Aut.az
